12 mart 2013 - 20:30

Vəkil: “Onları təkrar dindirməklə videoyazılardakı ziddiyyətləri araşdırmaq istədik. Zərərçəkmiş Seymur Əmirovun gözünə toz düşüb. Ona görə də onu vuranın kim olduğunu bilməyib. Sadəcə şəkillər, videolar üzrə Rövşən Allahverdiyevin vurduğunu ehtimal edib. Amma şəkillərdə və videolarda Rövşən Allahverdiyevin kimisə vurduğu öz təsdiqini tapmır”.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Martın 13-də Nərimanov Rayon Məhkəməsi 2012-ci ilin 5 oktyabr aksiyasına görə tutulanların mühakiməsini davam etdirib. Həbs olunan Rövşən Allahverdiyevin vəkili Mənsum Bayramov deyib ki, prosesdə vəsatət qaldırıldığına görə zərərçəkənlər təkrar dindirilib: “Onları təkrar dindirməklə videoyazılardakı ziddiyyətləri araşdırmaq istədik. Zərərçəkmiş Seymur Əmirovun gözünə toz düşüb. Ona görə də onu vuranın kim olduğunu bilməyib. Sadəcə şəkillər, videolar üzrə Rövşən Allahverdiyevin vurduğunu ehtimal edib. Amma şəkillərdə və videolarda Rövşən Allahverdiyevin kimisə vurduğu öz təsdiqini tapmır”.

Vəkil təkrar dindirmə ilə ziddiyyətlərin aradan götürüldüyünü hesab edir: “İttiham edən tərəfə sübut olundu ki, aksiyada provokatorlar, daha aqressiv iştirakçılar olub. Məhz onlar kiməsə əl qaldırıb, kimisə vurublar. Bu o demək deyil ki, onların əməlinə görə iştirakçıların hamısı cəzalandırılmalıdır. Cinayət əməlinə fərdi yanaşıldığı kimi cəzalar da törədilən əmələ görə tətbiq edilməlidir. Müdafiə etdiyim şəxs üçün nəinki 315-ci, hətta 233-cü maddə də çoxdur. Mən Rövşən Allahverdiyevə bəraət istəyirəm”.

Vəkilin dediyinə görə, martın 18-də prosesdə dövlət ittihamçısı çıxış edəcək.

Ötən il oktyabrın 5-i Bakıda, Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş “Hicaba azadlıq” aksiyasında polislə kəskin qarşıdurma olub. Hadisəyə görə 36 nəfər həbs edilib. Aksiyada baş verənlər Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə araşdırılıb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır