11 mart 2013 - 20:30

"Xeber44.com" saytının baş redaktoru Araz Quliyev, Ziya Tahirov, Xalid Kazımov, Surac Ağayev, Rza Ağalı, Vüsal Quliyev, Namiq Kişiyev və Nicat Əliyev ötən ilin sentyabr ayında, bədnam “evrovision” fəsad müsabiqəsinin davamı olaraq Masallıda folklor festivalı adı altında keçirilən “diskotekaya” etiraz etdiklərinə görə saxlanılıblar.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən 11 Mart 2013 tarix, saat 10:00-da Lənkəran Ağır Cinayətlər məhkəməsində Masallıda ŞƏRLƏNƏRƏK həbs olunan 8 dindarın məhkəmə iclası keçirilib.

Məhkəmə iclasında şahidlər dindirilib.

Masallı polis əməkdaşlarından Mayor Rüfət Məmmədov, DYP əməkdaşı Davud Mehdiyev və başqa bir hal şahidi dindirilib.

Masallı dindarları, Rüfət Məmmədovun düzgün ifadə verməsi üçün Qurana and içməsin tələb ediblər. Rüfət Məmmədov "bura məhkəmədir" deyərək imtina edib. Masallı dindarları bundan sonra məhkəmə keçirilən zalı tərk edib.

Ötən məhkəmədə şahid kimi dindirilən şahidin ruhi xəstə olduğu bildirilib. Müttəhim Araz Quliyev bu şəxsin araşdırılmasını tələb edib.

Növbəti məhkəmə iclası sabah (12 mart) saat 09:30-da təyin olunub.

Qeyd: Lənkəran Ağır Cinayətlər Məhkəməsində, "Xeber44.com" saytının baş redaktoru Araz Quliyev, Ziya Tahirov, Xalid Kazımov, Surac Ağayev, Rza Ağalı, Vüsal Quliyev, Namiq Kişiyev və Nicat Əliyevin cinayət işinə baxılır. Onlar ötən ilin sentyabr ayında, bədnam “evrovision” fəsad müsabiqəsinin davamı olaraq Masallıda folklor festivalı adı altında keçirilən “diskotekaya” etiraz etdiklərinə görə saxlanılıblar.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır