4 mart 2013 - 20:30

Kərim Alivə: “Türkiyə Dəclə üzərində böyük su anbarları quraraq bu çayların suyunu İraqa qarşı bir təzyiq üsulu kimi istifadə etmək niyyətindədir. Bu mövzuda Türkiyə tərəfi ilə çox sayda görüşlər keçirsək də, bir nəticə əldə edə bilməmişik”.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən İraq Parlamentinin Kənd Təsərrüfatı və Suvarma Komissiyasının üzvü Kərim Alivə bildirib: “İraq Respublikası Türkiyənin ölkəyə axan suların qarşısını almağa çalışdığı iddiası ilə rəsmi Ankaranı məhkəməyə vermək niyyətindədir”.

Kərim Alivə sonra deyib: "Türkiyə İraqa axan suların qarşısını almağa çalışdığı üçün İraqın Dəclə çayında su quruma təhlükəsi ilə üz-üzədir. Buna görə Bağdad hökuməti öz su payına sahib ola bilmək üçün BMT nəzdində Türkiyə hökumətini məhkəməyə vermək istəyir”.

İraq Parlamentinin Kənd Təsərrüfatı və Suvarma Komissiyasının üzvü  daha sonra artıraraq deyib: “Türkiyə Dəclə üzərində böyük su anbarları quraraq bu çayların suyunu İraqa qarşı bir təzyiq üsulu kimi istifadə etmək niyyətindədir. Bu mövzuda Türkiyə tərəfi ilə çox sayda görüşlər keçirsək də, bir nəticə əldə edə bilməmişik”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır