Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən bu gün 2012-ci ilin oktyabr ayının 5-i Təhsil Nazirliyinin qarşısında keçirilən "Hicaba azadlıq" aksiyasında saxlanılanlardan Rövşən Allahverdiyev, Tərlan Ağadadaşov, Davud Kərimov, Muraday Quluyev, Ceyhun Quliyev, Telman Şirəliyev, İlham Hətəmov və Anar Qasımlının məhkəmə iclası keçirilib.
Məhkəmədə 8 şahid dindirilib.
Gələn məhkəmədə 5 şahidin dindirilməsi gözlənilir.
Gələn məhkəmə iclası mart ayının 6-sı saat 10:00-da keçiriləcək.
Məhkəmədən hazırlanmış reportajı təqdim edəcəyik.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır