Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasə bu gün 7-ci İmam, Musa ibn Cəfərin (əleyhiməs səlam) qızı, İmam Rıznın (əleyhis səlam) sevimli bacısı, Xanım Məsumənin (səlamullahi əleyha) Şəhadət günüdür. Bu münasibət ilə, Müqəddəs Qum şəhəri matəm məclisi keçirdib.
Qeyd edək ki, həzrəti Məsumə (səlamullah əleyha) Hicri Qəməri tarixi ilə, 1 Zilhiccə, 173 tarixdə (miladi tarixi ilə, 22 Mart, 790-da) dünyaya göz açıb. Və 12 Rəbiul Sani, 201 tarixdə (6Noyabr 816-da) dünyasını dəyişib. Xanımın şəhadətinə səbəb, Məmun (lənətullahi əleyh) olub. Belə ki, Məmun (lənətullahi əleyh) Məsumə Xanımın (səlamullah əleyha) qardaşı İmam Rzanı (əleyhis səlam) Mərvə, öz xilafəti yanına sürgün etdikdən sonra, Xanım Məsumə (səlamullah əleyha) qardaşının haqqını bərpa etmək məqsədi ilə Mərvə səfər edir. Yolda kənd və şəhərdə dayanaraq İmamətin haqqında məruzələr söyləyir, Xanımın şücaətli çıxışları Məmuna (lənətullahi əleyh) çatdıqda Məmun (lənətullahi əleyh) əskərlərinə, Xanımın şəhid edilməsi əmrini verir. Nəticədə Məsumə Xanımı (səlamullah əleyha) müşayət edən karvan Qumun yaxınlığındakı Savə məntəqəsinə çatdıqda Məmunun (lənətullahi əleyh) qoşunları ilə savaşa girərək xanımı müşayət edən bütün döyüşçülər şəhid edilir. Rəvayətə görə Xanım həmin döyüşdə yaralanır, və Qumu soruşduqda, ona Qumun yaxında olduğunu bildirirlər. Xanım Quma gəldikdə isə, Səd Əşəri övladlarının evində bir neçə gün qonaq olduqdan sonra, dünyasını dəyişərək şəhid olur.
Ruhu Şad!










Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır