9 fevral 2013 - 20:30

Dünya Müsəlmanlarının Ali Lideri Ayətullah Syyid Əli Xamenei bu ayın əvvəli ABŞ-ın birbaşa danışıqlar təklifini sanksiyalar və başqa təzyiqlər qaldığı halda rədd etdiyini bildirmişdir.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikası Prezidenti Mahmud Əhmədi Nejad Tehranın təzyiqlər altında mübahisəli nüvə proqramı ətrafında danışıqlara getməyəcəyini qeyd edib.

Bu gün 1979-cu ildə baş vermiş İslam İnqilabının 34-cü ildönümü münasibətilə nitq söyləyən Mahmud Əhmədi Nejad deyib ki, İran İslam Respublikasının danışıqlara rəqiblər tərəfindən təzyiqlərə məruz qalmadığı təqdirdə başlaya bilər. İran İslam Respubliksı Prezidentinin çıxışı dövlət televiziyası vasitəsilə yayımlanıb.

Qeyd edək ki, Dünya Müsəlmanlarının Ali Lideri Ayətullah Syyid Əli Xamenei bu ayın əvvəli ABŞ-ın birbaşa danışıqlar təklifini sanksiyalar və başqa təzyiqlər qaldığı halda rədd etdiyini bildirmişdir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır