7 fevral 2013 - 20:30

Əhmədi Nejad Qahirədə deyib: Əgər bir ölkə təhlükəsizlik böhranı ilə üzləşirsə, heç şübhəsiz qonşularının da təhlükəsizliл təhdidi ilə üzləşmiş olacaqdır.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikası Prezidenti Mahmud Əhmədi Nejad cümə axşamı Qahirədə misirli bir jurnalistin İraqda gərginliyin yaradılmasında Türkiyənin rolu və Ankaranın İraqın daxili məsələlərinə müdaxilə etməsi haqdakı sualını belə cavablandırıb: Region ölkələrinin bütün rəsmiləri və siyasətçiləri öz dar dünyalarından kənara çıxmalı və hadisələr, dəyişikliklərlə bağlı tarixi və geniş baxışlara malik olmalıdırlar.

Əhmədi Nejad əlavə edib: “Baş verən hadisələrə daha yüksək mövqedən baxdıqda, görürsən hamı bir-birinin canına daraşıb. Halbuki, soruşmaq lazımdır ki, ortaq düşmənimiz olduğu bir halda nə üçün belə bir vəziyyət hökm sürməlidir?”

İranİslam Respublikasının Prezidenti düşmənlərin region ölkələrini parçalamaq ardınca olduqlarını bildirərək, deyib: Düşmənlər İraq, Türkiyə, Pakistan, Ərəbistan, Sudan və hətta İran üçün planlara malikdirlər və istəyirlər ki, etnik və məzhəbi həssaslıqları qızışdırmaqla ölkələri parçalasınlar, zəiflətsinlər.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır