7 fevral 2013 - 20:30

Cəzaçəkmə müəssisəsi Bakı şəhəri, Qaradağ rayonu Puta adlanan qəsəbəsində yerləşir

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İlahiyyatçı Hacı Abgül Süleymanov bu gün Bakı İstintaq Təcridxanasından cəzaçəkmə müəssisəsinə göndərilib.

Qeyd edək ki, ruhani 13 saylı cəzaçəkmə müəssisəsindən cəzasını çəkəcək.

Bu cəzaçəkmə müəssisəsi Bakı şəhəri, Qaradağ rayonu Puta adlanan qəsəbəsində yerləşir.

Ruhani ilk əvvəl şəhərin mərkəzində və şəraitinə görə digər "zon"lardan daha yaxşı olan 10 saylı cəzaçəkmə müəssisəsinə bölünsədə, daha sonra ona 13 saylı cəzaçəkmə müəssisəsinə göndəriləcəyi haqda məlumat verilib.

Bu gün o, artıq Kürdəxanı təcridxanasından 13 saylı cəzaçəkmə müəssisəsinə göndərilib.

Xatırladaq ki, bu cəzaçəkmə müəssisəsi digərlərinə nisbətdə daha şəraitsiz və yaşayış məntəqələrindən aralıdır.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır