Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən internet portallarında yeni kövrəldici video yayımlanıb. Videoda iki terrorçunun 4 Suriya vətəndaşını necə vəhşicəsinə şəhid etdikləri göstərilir.
Terrorçular, edam etdikləri 4 günahsız vətəndaşı, Suriya Höküməti ilə həmkarlıq etməkdə günahlandıraraq, onları xəyanətkar adlandırırlar.
Bildirək ki, qeyd olunan video Hələb-də çəkilib və terrorçuların iddiasına görə, həmin 4 şəxs terrorçulardan birinin ölümündə yaxından iştirak ediblər.
Qeyd edək ki, şəhid olan dörd nəfərdən üçünün bir-biriləri ilə doğma qardaş olduğu bildirilir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır