Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən bu gün 4 fevral 2013 tarix səhər radələrində İraqın paytaxtı Bağdadın Şimalındakı əl-Taci məntəqəsində belinə bomba bağlamış kamekaze özünü partladaraq aylıq maaşların almaq üçün sıraya düzülmüş “Səhvə” qüvvələrindən bir neçəsin şəhid etmiş və yaralmışdır.
Digər tərəfdən “Səlahud Din” əyalətinin məntəqə polisi, Təkritin Cənubunda hərbiçilərlə yaraqlılar arasında baş verən silahlı qarşıdurma zamanı hərbi baş komandirlərdən birinin yaralandığını bildirib.
Polis məmurunun verdiyi xəbərə görə, naməlum silahlı yaraqlılar Təkritin cənub məntəqəsi olan “əl-Duceyl”də, Polkovnik Əlaul Xəvacinin maşınına silahlı basqın etmişlər.
İraq Təhlükəsizlik Əməkdaşları dərhal hadisə yerin mühasirəyə salaraq hadisənin əsas amillərinin axtarışına və həbslərinə başlayıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır