30 yanvar 2013 - 20:30

Aksiyada 100-dən çox insan iştirak edib, müxtəlif şüarlar səsləndirilib. Əraziyə çoxlu sayda polis cəlb olunub.r

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Azərbaycan Respublikasında vəziyyət günügündən gərginləşmək üzrədir. Dünən Quba, İsmayıllı bu gün isı İmişli camaatı məmur özbaşınalıqlarından zinhara gəliblər. Belə ki, İmişli Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında bu gün səhər saat 9-10 radələrində etiraz aksiyası keçirib.

Bu barədə SalamNews-a rayon sakinləri məlumat veriblər.

Onlar bildiriblər ki, aksiyanı keçirməkdə məqsəd rayonda baş vermiş özbaşnalıqdır. Rayonda haqqsızlıq baş alıb gedir. Heç kimə qulaq asmırlar, öz sözümüzü, problemlərimiz çatdıra bilmirik. İstərdik ki, əlaqədar qurumlar bizim səsimizi eşitsin.

Aksiyada 100-dən çox insan iştirak edib, müxtəlif şüarlar səsləndirilib. Əraziyə çoxlu sayda polis cəlb olunub.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdı