Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Heydər Əliyevin Mexikonun mərkəzi küçəsində yerləşən bütü ötən gecə dostluq parkından götürülərək başqa yerə aparılıb.
Bütün yerinin dəyişdirilməsi ilə bağlı rəsmi məlumat yoxdur. Şəhər rəhbərliyi Azərbaycan tərəfi ilə danışıqlarda abidənin daşınması üçün rəsmi səbəb kimi şəhərsalma normalarının pozulmasını göstərib.
Bütün demontajı zamanı əraziyə 200 nəfərə yaxın polis əməkdaşı cəlb olunub, küçədə avtomobillərin hərəkəti dayandırılıb.
Bütün hara köçürülməsi ilə bağlı rəsmi məlumat yoxdur və bütün köçürülməsi xərcləri Mexiko büdcəsi hesabına ödəniləcək.
Meksikada Heydər Əliyevin bütü ilə bağlı məsələ Meksika telekanallarında ciddi ajiotaj doğurub. Dünyanın çox məşhur televiziya, qəzet və agentlikləri məsələyə hələ də diqqət yetirir. Meksika telekanallarında göstərilən müxtəlif telereportajlarda açıq görünür ki, ölkə əhalisi bütün Meksikada qalmasına etiraz edirlər. Meksika televiziyalarında yayımlanan reportajlardan birin təqdim edirik.
Meksikada Heydər Əliyevin heykəl qalmaqalı səngimir (VİDEO)
http://www.youtube.com/watch?feature=player_embedded&v=soGjugNyhzs
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır