23 yanvar 2013 - 20:30

Təhlükəsizlik qüvvələri etiraza qalxan əhalini İH-in binası önünə buraxmamaq üçün səfərbər olunub. Əhali isə geri çəkilmir və barrikadalar qurur.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən hazırda İsmayıllıda əhali ilə polis və təhlükəsizlik qüvvələri ilə öz aralarında barrikadalar qururlar. Təhlükəsizlik qüvvələri etiraza qalxan əhalini İH-in binası önünə buraxmamaq üçün səfərbər olunub. Əhali isə geri çəkilmir və barrikadalar qurur.

Rayondan aldığımız başqa bir məlumata görə, hadisələr zamanı həbs olunanlardan 20 nəfər rayondan çıxarılaraq Göyçaya aparılır.

Polis və təhlükəsizlik qüvvələri barrikadalar qurub dayanan etirazçı xalq kütləəlrinə doğru bir neçə metr irəliləyib. Etirazçılar isə barrikadaların önündə maşın təkərləri yandırarıb, "Azadlıq", "İstefa" şüarları qışqırır, tələblərini səsləndirirlər.

İH binasını mühasirəyə alan polis və təhlükəsizlik qüvvələri “qarşı cəbhədə” duran dinc sakinlərə qarşı həlledici hücuma keçib. Bütün arsenalını işə salan təhlükəsizlik qüvvələri insanları amansızlıqla döyüb dağıdıtmağa çalışıblar. Toqquşma zamanı 30-40 nəfər dinc sakin vəhşicəsinə döyülüb və həbs edilib. İnsanlar arasında ciddi xəsarət alanlar var. Bununla belə insanlar dağılışmır. Etirazçılara yeni dəstələr qoşulur.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır