18 yanvar 2013 - 20:30

Buna 100% əmin olun ki əgər Hacı Mövsümün başından bir tük əskik olsa şirin yuxularınız sizlərə haram olacaq...

Əhli Beyt  (əleyhis səlam) - ABNA - Xəbər Agentliyinin verdiyi xəbərə əsasən son zaman Azərbaycan İslam Partiyasının sədri, Azərbaycan İslami Oyanış Hərəkatının Lideri, Doktor Mövsüm Səmədovun səhhətində yranmış ciddi problemlər, bütün Azərbaycan İctimaiyyətini narahat etməkdədir.

Hadisənin həssazlığını dərk edən bütün İctimai Xadimlər, öz növbələrində mövcud rejimə səslənmiş və heç bir cinayət aktı törətməyərək həbs olunan Doktor Mövsüm Səmədovun tez bir zamanda azad edilməsini və onun səhhəti ilə bağlı lazımi addımların atılmasını tələb etmişlər.

Bu Etiraz Kompaniyasından geri qalmayan, “Mübariz Ruhanilər Cəmiyyəti” də redaksiyamıza müraciət edərək, olayla bağlı “Bəyanat” yaydıqların bildirmişlər. Bəyanatın mətnin olduğu kimi, ziyarətçilərimizin nəzərinə çatdırırıq:

 

Bismilləhir Rəhmanir Rəhim

 

إِنْ يَنْصُرْكُمُ اللَّهُ فَلَا غَالِبَ لَكُمْ وَإِنْ يَخْذُلْكُمْ فَمَنْ ذَا الَّذِي يَنْصُرُكُمْ مِنْ بَعْدِهِ وَعَلَى اللَّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ

Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ bilməz. Yox, əgər sizi zəlil edərsə, Ondan sonra kim sizə kömək edə bilər? Buna görə də möminlər Allaha təvəkkül etsinlər!

(Al-imran-160)

 

Ölkəmizin bu ağır və acınacağlı olan vəziyyətində Mübariz Ruhani Hacı İlqar Əliyevin Azadlıq xəbəri, kədər dolu qəlblərimizə sevinc gətirdi . 11 ay öz dəyərli ömrünü həbsdə keçirdən ruhanin izzət və baş ucalıqla həbsdən azad olması münasibətiylə Azərbaycanın bütün müsəlman xalqına , Ruhanilərə və Hacının ailə üzvlərinə göz aydınlığı veririk. Hacı İlqarın həqiqətən Allah və onun dini yolunda mubariz ruhani olmağı hərkəsə bəllidir . Amma bunuda unutmamalıyq ki, Hacı ilqar qardaşımız Azərbaycanın keçmiş SSR dövründən qalmış ən savadlı və Alim Ruhanilərindəndir. O, “Böyük ustad” Molla Bəylər Ağanın ən savadlı tələbələrindən olub.

Fürsətdən istifadə edərək sözümüzü Hakimiyyətdə olan iqtidara və İlham Əliyev cənablarına çatdırmaq istərdik. Hacı Mövsümün zindanda xəstəlik xəbəri bizləri çox narahat etdi . Biz Ruhanilər Hacı Mövsüm kimi şəxsiyyəti Allah tərəfindən Xalqımız üçün böyük əmanət hesab edirik. Onun sağlamlığı barəsində sizlərə sərt şəkildə xəbərdarlığımızı çatdırırıq. Buna 100% əmin olun ki əgər Hacı Mövsümün başından bir tük əskik olsa şirin yuxularınız sizlərə haram olacaq. Qorxun Allahın qəzəbindən, Qorxun Xalqın intiqamından. Sonda sizdən tələb edirik ki, tez bir zamanda Hacının səhətini normallaşdırmaq barəsində ciddi addımlar atasınız.

 

Mrc Mətbuat xidməti 19/01/2013

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır