"Əhli Beyt (əleyhis səlam) - ABNA - Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Binə” Ticarət Mərkəzində satıcılar işi dayandıraraq, yolu bağlayıblar.
Mağaza sahibləri, rəhbərliyin yenidən aylıq yerhaqqını 400 manat artırması ilə bağlı etiraz edirlər. Etiraz edən sahibkarlar Lökbatan yolunu bağlayaraq, aksiya keçirirlər.
Satıcıların verdiyi məlumata görə, bazar rəhbərliyi yerhaqlarını artırıb və onlar buna etiraz edərək aksiyaya qoşulublar. Etirazçılar yaxınlıqdakı magistral yolu bağlamaqla paytaxta gediş-gəlişə maneçilik yaradıblar.
Məlumata görə, əraziyə polis qüvvələri cəlb olunub. Onlar etirazçılara zor tətbiq edib. Amma etirazçıların çox olduğunu görən polislər geri çəkilməyə məcbur olublar.
Lakin yenidən aksiya iştirakçıları ilə polis arasında qarşıdurma yaranıb, daş və müxtəlif əşyalar atmağa başlayıblar. Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib.
Aksiya iştirakçıları arasında saxlanılanlar və xəsarət alanlar var. Polis əməkdaşları arasında da xəsarət alanların olduğu bildirilir.
Hazırda Bakı-Salyan şosesinin nəqliyyatın hərəkəti tam bərpa olunub.



Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır