Əhli Beyt (əleyhis səlam) - ABNA - Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Birləşmiş Millətlər Təşkilatının İraq üzrə təmsilçisi, “Martin Kubler” Dünya Müsəlmanlarının Təqlid Mərcəsi, Ayətullah Sistani həzrətləri ilə küçirtdiyi görüşdən sonra, media qarşısında jurnalistlərə verdiyi açıqlamada bildirib: “Cənab Ayətullah Sistani İraqda yaşanan mövcud problemlərin, xüsusi ilədə son zamanlar ölkə ərazisində baş verən təzahüratların həlli üçün plan irəli sürüb”.
BMT-nin İraq üzrə nümayəndəsi daha sonra əlavə edib: “Qeyd olunan plan bir neçə bənddən ibarətdir. Bəndlərdə dinc, demokratik danışıqlar yoluna və ölkə ərazisində mitinq edənlərin istəklərini təmin etmək məqsədi ilə xüsusi komitənin yaradılmasına təkid edilir”.
Kubler açıqlamasının sonunda bildirib: “Birləşmiş Millətlər Təşkilatı, İraqda mövcud olan və İraq ölkəsinin tərəqqisi üçün çalışan bütün partiya və qruplardan, həmçinin müxtəlif şəhərlərdə qanun çərçivəsində təzahürata çıxan insanlardan himayət edir”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır