12 yanvar 2013 - 20:30

İştirakçılar “Şəhidim, haqqını halal et bizə!”, “Analar ayağa qalxın”, “Şəhidin qatili hesab verəcək”, şüarlarını gəzdiriblər.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Ankarada yaşayan Azərbaycan icmasının üzvləri Ceyhun Qubadovun ölümü və Azərbaycan ordusunda baş verən ölüm hadisələrinə etirazını bildiriblər.

İştirakçılar “Şəhidim, haqqını halal et bizə!”, “Analar ayağa qalxın”, “Şəhidin qatili hesab verəcək”, şüarlarını gəzdiriblər.

Etirazı təşkil edən "Azərbaycanlı Tələbə Məzunları Birliyi" tədbirdə onlarla adamın iştirak etdiyini bildirib.

Aksiya iştirakçılarına müraciət edən Azərbaycan səfilriyinin nümayəndəsi yürüş tələblərini müzakirə etmək üçün fəalları səfirliyə dəvət edib.

Polis aksiyanı kənardan müşahiə edib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır