5 yanvar 2013 - 20:30

Araz Quliyevin işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Yanvar ayının 14-dü saat 10:00 da Xeber44.com-un Baş redaktor Araz Quliyevin işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Araz Quliyev, Masallı rayonunda İslam dinin təbliği ilə də məşğul olub. Masallı rayonunda işlədiyi firmadan namaz vərəqləri payladığı üçün çıxarılmışdı. 2 ildir jurnalist fəaliyyəti ilə məşğul olan Araz Quliyev bu günə qədər dəfələrlə polis bölməsinə çağırılmış, inzibati cəzalar da almışdı. Son olaraq Masallıda milli folklor festivalı zamanı keçirilən diskotekaya dindarlar etiraz etmişdilər. Məsələni işıqlandıran jurnalist Araz Quliyev və etirazçılardan daha 8 nəfər saxlanılmış, barələrində xuliqanlıq maddəsi ilə cinayət işi açılmışdır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır