31 dekabr 2012 - 20:30

İraqın Əl-Mustaqbil qəzeti, sünnilərin sıx olduğu Anbar əyalətində baş verən hadisələrin arxasında Türkiyənin olduğunu iddia edib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İraq ilə Ankara mərkəzi hökuməti arasındakı gərginlik davam etməkdədir. Belə ki, İraq mətbuatı, sünnilərin sıx olduğu Anbar əyalətində baş verən hadisələrdə Türkiyəni məsul bilir.

İraqın Əl-Mustaqbil qəzeti, İraqın Anbar əyalətində baş verən problemlərin arxasında Türkiyənin olduğunu bildirərək, İraqdakı "etibarlı" bir mənbəyə söykənərək, Anbar əyalətindəki "vətəndaş itaətsizliyi və etiraz nümayişlərinin Bağdad rəhbərliyinə təzyiq tətbiq etmək məqsədi ilə, Türkiyənin təhrikləri nəticəsində təşkil edildiyini" önə sürüb .

İran İslam Respublikasının Fars xəbər agentliyində əks etdirilən xəbərə görə, haqqında danışılan mənbə, Bağdad rəhbərliyinin İordaniya üzərindən neft və ya təbii qaz daşınması ilə əlaqədar hər hansı bir layihəni həyata keçirməmə mövzusunda söz verdiyi təqdirdə, Ankaranın Anbar-daki etirazları bir saatda sakitləştirə biləcəyi iddiasını təstiqləyib.

Qeyd olunan mənbə, həmçinin Ankaranın "daha çox neftə qarşı" qiyabi edam cəzasına məhkum olunmuş İraq prezidentinin müavini Tarık Haşimini, Bağdad rəhbərliyinə "təslim etməyi belə bacaracağını bildirib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır