31 dekabr 2012 - 20:30

“Əl Qaidə”nin yaydığı məlumatda deyilir ki, təklif 6 ay qüvvədə olacaq.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən işsizlər ordusunun artdığı bir vaxtda Əl-Qaidə iş təklif edir: ABŞ səfirini öldürmək!

 “Əl Qaidə” terror təşkilatı ABŞ-ın Yəməndəki səfirini öldürənə 3 kiloqram qızıl (təxminən 160 min dollar) vəd edib. Bundan başqa, təşkilat ölkə ərazisində öldürülən hər bir Amerika əsgərinə görə 23 min dollar mükafat veriləcəyini bəyan edib. “Əl Qaidə”nin yaydığı məlumatda deyilir ki, təklif 6 ay qüvvədə olacaq.

Qeyd edək ki, 2011-ci ilin yazından Yəməndəki silahlı qruplaşmalar, eləcə də, “Əl Qaidə”nin yerli özəyi fəallaşıb. Onlar mübarizə üçün Yəmən prezidenti ABŞ-dan kömək istəyib. 2012-ci ilin yazından Yəməndə silahlılara qarşı irimiyaslı əməliyyatlar keçirilir. ABŞ hərbçiləri son vaxtlar silahlılara qarşı mübarizəni daha da gücləndirib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır