Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən 1980-ci ildən bu günə qədər Pakistan daxilində qətliam olunan, Əhli-Beyt (əleyhis səlam) məktəbinin davamçıları sayılan Şiələrin sayı 20 min nəfər civarını ötüb. Statistikaya görə bu ədədin 30%-ni uşaqlar təşkil edir. Bu da təxminən 6 min uşağı əhatə edir.
Açıqlanan hesabatlara görə Şiə müsəlmanlarından əlavə minlərlə Barelvi [1] Sünni, Xristian və Hindi, təkfirci sələfilər tərəfindən, Pakistan ordusundakı cihadçı generalların dəstəyi ilə şəhid ediliblər.
Səudiyyə Ərəbistanın vəhabi rejimi tərəfindən Pakistanda qurulan Deobandi, Taliban və Sepah-ı Səhabə adlı təkfirci terror təşkilatları, Şiə soy qırımlarında məsulyyət daşıyan təşkilatlardır. Bu təşkilatlar, sələfilərə dəstək verməyən Barelvi, Əhmədiyyə kimi sünniləri də hədəf aldıqları kimi xristian və Hindilərə da hücum çəkərək cinayətlər törədirlər.
Bütün bu cinayətlərə baxmayaraq beynəlxalq təşkilatlar və Pakistan dövləti, Şiələrə qarşı həyata keçirilən qırğınlar qarşısında səssizliyə bürünmüş və hücumlarda öldürülənlərin sayının müəyyən olmaması üçün, pərdə arxasında qeyd olunan terrorçu qrupıları qidalandıran, öyrədən, silahlandıran Səudiyyə Ərəbistanının ortaya çıxmaması üçün əllərindən gələn səyləri sərf edirlər.
Beynəlxalq təşkilatlar və Pakistan dövləti, Şiələrə və Barelvi Sünnilərinə qarşı həyata keçirilən bu cinayətlərin meydana çıxmaması üçün, qırğın və bombalama xəbərlərini Şiələrlə Sünnilər arasında yaşanan məzhəb qarşıdurmaları kimi qiymətləndirərək, dünya ictimaiyyətinə bu şəkildə təqdim edirlər.
[1] Qeyd edək ki, Barelvilik, Hindistan sünni müsəlmanları tərəfindən on doqquzuncu əsrdə, Hindistanda yaradılıb. Barelvi Müsəlmanları Hindistanı istismar edən İngilislərə və müsəlmanlar arasında fitnə və fəsad yaradan və onlarla həməqidə olmayan digər müsəlmanları müşriklikdə günahlandırıb təkfir edən vahabi - sələfilərə qarşı sərt çıxışları ilə tanınır. Bu qrupun liderlərindən biri "Əhməd Rza Xan Barelvidir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır