Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Vilayət-91 hərbi dəniz manevrin spikeri Admiral Rəstigari, manevr zamanı, İran İslam Respublikasının daxili istehsalı olan, ən yeni sistemlərdən istifadə ediləcəyini bildirib.
Admiral Rəstigari, manevr zamanı, dənizdən havaya atılan Rəd raketinin sınaqdan keçiriləyəcəyin və Rəd raketinin orta mənzilli olduğunu, havadakı hədəfləri məhv etmək qabiliyyətinə malik olduğunu qeyd edib.
Rəd raketi İran İslam Respublikası müdafiə sənayesinin məhsulu olduğunu bildirən Admiral Rəstigari, raketin, elektron müharibə vəziyyətində hər cür elektron signal qaynağını təyin edərək hədəfə doğru yönəldiyini qeyd edib.
Admiral Rəstigari, idarə olunan Rəd mərmiləri havadakı hədəflərin yanında dəniz səthindəki hər cür hədəfi də məhv edə biləcək gücə qadir olduğunu qeyd edib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır