Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Dəməşqin Əş-Şifuniyyə şəhərinin yaxınlığında ordu qüvvələri tərəfindən terrorçu dəstə məhv edilib.
Məhv edilmiş terrorçular arsında Taha Yunis, Yasir Nəssan, Haləəddin Xəva, Heysəm ən-Nəcar, Əhməd əl-Xənaş, Qəmər Xibya və Xalid ən-Nisrim kimi tanınmış simalar var.
Dareyyə şəhərində Dəvar əz-Zeytun məntəqəsində silahlı qruplaşma məhv edilib. Öldürülmüş terrorçular arsında qəddarlıqla məşğul olan Əbu Zeyd və Bilal ləqəbli şəxslər var.
Əl-Hüseyniyyə qəsəbəsində isə, əsgərlər düşmənin iki pulemyotunu ələ keçirə biliblər. Çoxlu sayda terrorçu ölüb və yaralanıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır