Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Suriyanın Şimalında, Türkiyə sərhədləri yaxınlığındakı “Hələb” şəhərində, azğın terrorçular, günahsız Suriya vətəndaşlarını qətlə yetirməkdən ötrü, maşınların birinə bomba quraşdırarkən partlayış baş vermiş, nəticədə isə bir neçə terrorçu yerindəcə ölmüş və bir neçəsi isə müxtəlif dərəcəli yaralar almışlar.
Hadisə “Hələb”in, terrorçuların nəzarət etdikləri “Bostanul Qəsr” məntəqəsində baş verib.
Qeyd edək ki, Hələbin digər məntəqələrində, “Kəfərnaha” və “əl-Lirmun”da isə, Suriya Milli Ordusunun terrorçulara qarşı həyata keçirtdikləri hərbi “Təmizlənmə” əməliyyatlarında, terrorçular xeyli miqdarda itki vermişlər
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır