Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikasının Kosmos Təşkilatı Başçısı cənab Fazil, (Hicri Şəmsi təqviminə görə) bu ilin sonuna qədər üç peyk orbitə yerləşdiriləcəklərini açıqladı.
Jurnalistlərə müsahibə verən Fazil, “Nahid” peyki İran İslam Respublikasında kosmos texnologiyası günü olaraq qeyd olunan 2 Fevral tarixində kosmosa atılmasının planlaşdırdığını, ancaq bəzi işlərin tamamlanması üçün kosmosa atma tarixində bir az gecikmə yaşana biləcəyini ifadə edib.
İİR Kosmos Təşkilatı Başçısı, həmçinin “Aut Sat” peyki üzərində edilən bəzi dəyişikliklərdən sonra, İran İslam Respublikasının istehsal etdiyi Simog mərmisi ilə, orbitə yerləşdiriləcəkini qeyd edib.
İran İslam Respublikasının Şərif Texniki universiteti ilə ortaq bir peyk üzərində çalışdıqlarını da ifadə edən cənab Fazil, peykin bəzi sistemlərinin təmin edilməsi üçün, İran İslam Respublikasının Kosmos Təşkilatının dövrəyə girdiyini və bu problemi aradan qaldırmağa çalışdıqlarını vurğuladı.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır