Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən xarici KIV-lərə danışan İordaniyadakı Sələfi Cihatçıların lideri Məhəmməd əl-Şilabi Əbu Səyyaf, "Tövhid Briqadası səflərində rejimə qarşı davam etdirilən cihad"a qatılması üçün bu gün növbəti 4 nəfər sələfini Suriyaya göndərdik. Bizə, bu 4 adamın Suriyaya çatdığı xəbər verildi"- deyə bildirib.
Xatırladaq ki, Əbu Səyyaf liderliyindəki Sələfi təşkilatı yaxın keçmişdə 20-dən çox nümayəndəsin Suriyaya göndərmişdi. Suriyaya son gedənlərlə birlikdə Suriyadakı İordaniyalı "cihatçıların" sayı artıq 300-ə çatır.
Qeyd edək ki, Əbu Səyyaf, 2012 Avqust ayında verdiyi açıqlamasında, Suriyaya gedən İordaniyalı “cihatçıları”n sayının 100 olduğunu açıqlamışdı.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır