9 dekabr 2012 - 20:30

İran İslam Respublikası Neft Nazirinin Müavini, bütün beynəlxalq sanksiyalara baxmayaraq yerli və xarici şirkətlərlə 12 milyard dollarlıq yeni neft-kimya müqaviləsi imzalandığını bildirib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikası neft-kimya sənayesinin son vəziyyəti haqqında Mehr Xəbər Agentliyinin müxbirinə danışan İİR Neft Nazirinin Müavini Əbdül Hüseyin Bəyat, İİR neft-kimya sənayesi üçün hazırlanan və 20 milyon dollardan 4 milyard dollara qədər maliyyə dövriyyəsi olan bir paketin yaxın gələcəkdə açıqlanacağını bildirib.

Beynəlxalq sanksiyaların neft-kimya sənayesinin inkişafında təsiri olmadığını qeyd edən Bəyat, bütün beynəlxalq sanksiyalara baxmayaraq yeni neft-kimya müqavilələrin imzalandığını söyləyib.

İran İslam Respublikası Neft Nazirinin Müavini, son bir ildə yerli və xarici şirkətlər ilə 12 milyard dollar dəyərində neft-kimya müqaviləsi imzalandığını və bu müqavilələrin bəzilərinin finans olunduğunu qeyd edib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır