Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Türkiyənin Enerji naziri Taner Yıldız Şimali İraqdakı kürd idarəçiliyinin keçirdiyi enerji konfransına qatılmaq istəsə də onun enişinə Bağdaddakı mərkəzi hökumət razılıq verməyib.
İraq Mülki Aviasiyasının rəhbərləri qeyd ediblər ki, təyyarə qaydaları pozduğuna görə enişinə icazə verilməyib: “Biz heç bir təyyarəyə hava məkanımıza girməyə qadağa qoymuruq,amman onlar da gərək xüsusi qaydalara və qanunlara əməl etsinlər
Qeyd edək ki, Bağdadla Ankara arasında bir sıra məsələlərlə bağlı gərginlik yaşanmaqdadır.
Heç şübhəsiz bunlardan biri Türkiyə hökumətinin Bağdadın heç bir icazəsi olmadan İraqın şimalına nəzarət edənlərlə neftlə bağlı qanunsuz müqavilə imzalamasıdır. Başqa biri isə İraq prezidentinin cinayətkar müavini Tarik əl–Haşiminin Türkiyəyə sığınması və rəsmi Ankaranın onu himayə etməsidir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır