2 dekabr 2012 - 20:30

İran İslam Respublikası və Türkiyənin qonşu elləri səlahiyyətliləri Ağrı şəhərində dördüncü dəfə bir araya gəldi

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Ərdəbil Ticarət Palatasının xalqla əlaqələr bürosu, İran İslam Respublikası və Türkiyənin qonşu elləri Türkiyənin Ağrı şəhərində dördüncü dəfə bir araya gəldiyini bildirdi.

Zirvəyə İran İslam Respublikasının Ərdəbil, Təbriz, Urmiya və Xoy şəhərlərindən ictimai və xüsusi sektorlarında nümayəndələr qatıldığı bildirilir.

Zirvədə iki ölkə arasındakı ticarətlə əlaqədar məsələlərin müzakirə olunduğu ifadə edilib.

Qeyd edək ki, İran İslam Respublikası nümayəndə heyəti zirvəyə, İran İslam Respublikasının Ankara Səfiri və Qərbi Azərbaycan İcra Başçılığının iştirakı ilə qatılmışdır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır