Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Suriya silahlı yaraqlılarına kömək məqsədi ilə Hələbə göndərilmiş İngilis casusu, Suriya Dövlət Təhlükəsiszlik Nazirliyinin əməkdaşları tərəfindən ələ keçirilmişdir.
“Əlyovmu Sabe” yazır: “İngilis əsilli həkim Suriyanın “Səraqib” məntəqəsində yaralı terroristləri müalicə edirmiş. Lakin keçən Bazar günü, digər yaralı terroristlərin müalicəsi üçün Hələbə gələmiş həkim, bu gün, 29 Noyabr, 2012 tarixdə, əməliyyat üstündə yaxalanmışdır”.
Xatırladaq ki, 2011-ci ilin Mart ayından bəri silahlı terrorist dəstələri Avropa, ABŞ, İsrail, Qətər, Səudi Ərəbistan və Türkiyə dövlətləri tərəfindən maddi və mənəvi dəstəklər alaraq Suriya xalqını matəmə qərq etmək niyyətində olmuşlar...
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır