28 noyabr 2012 - 20:30

Talış Meşələrinin müəyyən bir hissəsin özündə cəmləşdirən Hirkan Milli Parkında daha bir bəbir qeydə alınıb

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin keçirdiyi monitorinq zamanı Talış Meşələrində daha bir Qafqaz bəbiri qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, 25 oktyabr 2012-ci il tarixində Talış Meşələrində yerləşən Hirkan Milli Parkında quraşdırılmış foto-tələlər vasitəsilə bəbirin fotoşəkli çəkilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının “Qırmızı kitabı”na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı siyahısı”na daxil edilmiş təbiətin nadir incisi olan bəbirlərin tarixi areallarının qorunub saxlanılması məqsədilə ETSN tərəfindən onların məskunlaşdığı sahələrdə (Hirkan və Zəngəzur Milli parkları, İlisu Dövlət Təbiət Qoruğu və s.) xüsusi mühafizə olunan təbiət əraziləri yaradılmışdır.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır