Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Noyabrın 18-də İran İslam Respublikasında Suriya üzrə "Milli dialoq" keçiriləcək.
Müşavirənin açılışında İran İslam Respublikasının Xarici İşlər Naziri Əli Əkbər Salehi çıxış edəcək.
Görüşdə iştirak üçün Tehrana Suriyadan təxminən 200-ə yaxın siyasətçi, dini və partiya liderləri, Sosial-Demokrat Partiyasının nümayəndələri ilə birlikdə Müstəqil Gənclər Forumu, Kürd Millətçi Partiyasının, Milli Qurtuluş Cəbhəsinin və başqa siyasi partiyaların nümayəndələri gələcəklər.
Tədbirdə həmçinin Sudan, Əlcəzair, Türkiyə, Misir, Livan və İraqın nümayəndələri də iştirak edəcəklər. Görüşdə Suriya hökumətini milli barışıq naziri Əli Heydər təmsil edəcək.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır