Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikasının Xarici İşlər Naziri Əli Əkbər Salehi verdiyi açıqlamalarda Bəhreyn hadisələri haqda münasibət bildirib.
Əli Əkbər Salehi deyib: “Bəhreyn məsələsi dinc yollarla həll edilməlidir və Rəsmi Tehran həmişə Bəhreynin hakimiyyəti və istiqlaliyyətinə İran İslam Respublikası tərəfindən hörmətlə yanaşıldığını bildiribdir”.
Daha sonra Əli Əkbər Salehi Rusiyanın, Suriya məsələsinin həllinə dair təklifi haqda da ümidvarlıq edərək bildirib: “Suriyalı müxaliflərlə müzakirələrin həyata keçirilməsi ilə bu ölkənin məsələləri həll edilsin”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır