Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Araz Quliyev Masallı rayonunda fəaliyyət göstərən "Xeber44.com" saytının baş redaktorudur
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı İdrak Abbasov bu barədə İslamazeri.az-a məlumat verib.
İdrak Abbasov bildirib ki, "Araz Quliyevin adı siyasi məhbuslar siyahısına əlavə edilib. Bundan başqa Avropa Şurasının hazırladığı 9 aylıq hesabatda da Araz Quliyevin həbsi araşdırılıb. Avropa Birliyi və digər təşkilatlara Araz Quliyevlə bağlı məlumatlar təqdim etmişik".
Bir neçə gün öncə Araz Quliyevin məhkəməsi keçirilib və onun istintaq müddəti daha 2 ay uzadılıb.
Xatırladaq ki, dünyanın dörd güşəsində yaşayan “üzdəniraqları” cəmləyib Qeyrətli Azərbaycan diyarına gətizdirən əliyevlər sülaləsi, 08 sentyabr 2012 tarixdə Masallı rayonunda beynəlxalq folklor festivalı adı altında “mini evrovision” şöhrətli, yarıçılpaq rəqqasələrdən ibarət diskoteka tədbirin keçirtməklə bir daha pozğun və üzdəniraqlara olan sayğıların ortaya qoymuşlar.
Bu pozğunçuluğa etiraz olaraq Masallı Dindarları “diskoteka”nın keçirilən məntəqəsinə gələrək bədnam tədbirin keçirilməsin, milli və mənəvi dəyərlərə zidd olmasını və bu işin Azərbaycan deyil məhz erməni mentalitetinə uyğun olduğunu vurğulamışlar. Lakin rejim strukturlarına aid olan polis və mtn işçiləri dindarları rezin dəyənəklərlə döyərək polis idarəsinə aparmış. Və beləliklə də Talış Bölgəsində dindarlara qarşı qabaqcadan hazırlanmış “represiya divanı”n həyata keçirtmişlər.
Olayla bağlı "Xeber44.com" saytının baş redaktoru Araz Quliyev də peşə vəzifəsini yerinə yetirərkən həbs olunub.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır