7 noyabr 2012 - 20:30

İran İslam Respublikasının İslami Şura Məclisinin (parlamenti) Sədri Əli Laricani, Amerikanın İİR-ın nüvə məsələsi ilə bağlı macəra axtarmaq niyyətində olduğunu bildirib

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikasının İslami Şura Məclisinin sədri Əli Laricani, İran İslam Respublikasının dəfələrlə, nüvə silahlarının əldə etmək niyyətində olmadığını xatırladaraq deyib: “IAEA dəfələrlə İİR-ın nüvə təsislərində baxış keçirtmiş və bu yoxlamalar zamanı heç bir qeyri qanuni fəaliyyətlərə rast gəlmədiklərin bəyan etmişdir. Lakin təsüflə qeyd etməliyik ki, bütün bunlara baxmayaraq Amerika, hər dəfə müzakirələr dönəmində yeni bir bəhanə çıxardaraq, danışıqlarda əngəl yartmışdır”.

Əli Laricani cənabları Əfqanıstan və İraqda ABŞ-ın məğlubiyyətinə işarə edərək deyib: “Amerika müqavimət hərəkatı qarşısında məğlub olmuşdur. 30 il ərzində İran xalqına qarşı apardığı sui-qəsd və digər rəzil oyuinlarda da məğlub olmuş və İran İslam Respublikası xalqının güclü iradəsi və dik duruşu qarşısında çarəsiz qalmışdır”.

O, daha sonra demişdir: “İran İslam Respublikası xalqı və dövlət nümayəndələri də, Amerikanın İslam Respublikasına qarşı tətbiq etdiyi sanksiyalar qarşısında şüurlu və diqqətli layihələr ilə duraraq sanksiya siyasətlərini də müvəffəqiyyətsizliyı uğradacaqlar”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır