6 noyabr 2012 - 20:30

Hacı İlqarın yaxınları yaranmış durumu prosesə süni əngəl kimi qiymətləndirib və bu vəziyyətdən narahat olduqlarını ifadə edib

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən bədnam “evrovision” fəsad müsabiqsinə və üzdəniraqların Bakıya gəlişinə etiraz edən Ruhani Hacı İlqar Əliyevin Cəlilabad Rayon Məhkəməsində 05 noyabr 2012-ci il tarixdə keçirilməli olan, lakin sonradan təxirə salınan məhkəmə prosesi bu gün davam etdirilib.

Belə ki, son prosesdə hakim bu gün Cəlilabad RPİ-nin hazırkı rəis müavini Səfər Nuriyevin ifadə verəcəyini bildirsə də, bir qədər əvvəl vəziyyət dəyişib. Rəis müavinin əvəzinə bugünkü prosesdə Hacı İlqarın həbsi epizodu üzrə hal şahidi Ramil adlı şəxsin ifadə verməsi və ötən cümə günü (02 noyabr 2012) keçirilən prosesdə ifadə verən polis əməkdaşı Oqtay Rəhimovla üzləşdirilməsi nəzərdə tutulub. Lakin hal şahidini "tapmaq" mümkün olmadığından proses bu gün də təxirə salına bilər. 

Yaranmış vəziyyətlə bağlı Hacı İlqar Əliyevin vəkili Tağı İbrahimov bildirib ki, rayon polisi hal şahidini evində və bir neçə yerdə axtarsa da, tapa bilməyib. “Onun məhkəməyə məcburi gətirilməsi ilə bağlı qərar verilib. Sonradan onun Bakıya işləməyə getdiyi bildirildi. Deyilənə görə, o, qeyri-qanuni şəkildə, müqaviləsiz paytaxtdakı tikinti şirkətlərinin birində fəhlə işləyir, buna görə də onu tapa bilmirlər. Hər halda biz də onun tapılmasını və prosesin başlamasını gözləyirik. Ramili nə vaxt gətirsələr, proses də onda başlayacaq”, - deyə vəkil aydınlıq gətirib.   

Hacı İlqarın yaxınları yaranmış durumu prosesə süni əngəl kimi qiymətləndirib və bu vəziyyətdən narahat olduqlarını ifadə edib.  

Üzdəniraqların Bakıya gəlişinə etiraz edən Ruhani Hacı İlqar Əliyev Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ŞƏRLƏNİLİB.  

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır