Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Suriyanın Türkiyə sərhədi yaxınlığındakı İdlib kəndində Suriya Milli Ordusuna qarşı vuruşan, bilavasitə xarici qüvvələr tərəfindən dəstəklənən “azad Suriya ordusu” adı altında fəaliyyət göstərən terrorçu qruplaşmanın komandirlərindən biri Abi əl-Fada hökumət qüvvələri tərəfindən öldürülüb.
Suriya Milli Ordusunun ölkə daxilində terrorçu qruplaşmalarına qarşı apardığı təmizlənmə əməliyyatları zamanı ağır yaralanan əl-Fada müalicə olunmaq üçün Türkiyəyə aparılarkən yolda keçinib.
Fars xəbər agentliyi onun terrorçu “azad Suriya ordusu” adlı qruplaşmanın tərkibində “Abi əl-Fada” adlı qrupun lideri olduğu xəbərini verib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır