25 oktyabr 2012 - 20:30

İİR-nın xarici işlər naziri: “Ümid edirəm ki, müxalifət qüvvələri də atəşi tamamilə dayandıracaq və bu, Suriyada sülhün təmin edilməsi üçün yaxşı zəmin yaradacaq”.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikası xarici işlər naziri Əli Əkbər Salehi suriyalı həmkarı Valid Müəllimlə telefon danışığı zamanı bildirib: “İran İslam Respublikası Suriyada atəşkəsin elan edilməsini alqışlayır”.

Valid Müəllimi Qurban bayramı münasibətilə təbrik edən Salehi, Suriya hökumət qüvvələrinin atəşkəs elan etməsini müsbət addım adlandırıb.

O, qarşı tərəfin də bu istiqamətdə cavab addımı atacağına ümidvar olduğunu sözlərinə əlavə edib.

İran İslam Respublikasının xarici işlər naziri daha sonra deyib: “Ümid edirəm ki, müxalifət qüvvələri də atəşi tamamilə dayandıracaq və bu, Suriyada sülhün təmin edilməsi üçün yaxşı zəmin yaradacaq”.

Valid Müəllim isə, öz növbəsində, Suriya böhranının sülh yolu ilə həll edilməsində göstərdiyi səmimi dəstəyə görə İran tərəfinə minnətdarlığını bildirib.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır