23 oktyabr 2012 - 20:30

Terrorçular əl Vair bölgəsində əhalinin evlərini zorla işğal edib oraları öz terror aktlarını həyata keçirtmək üçün mərkəzi qərərgahlara çevirirlər

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Suriya Milli Ordusunun Homs əyalətində ölkənin təhlükəsizlik qüvvələri ilə birgə şəkildə təşkil etdiyi təmizlik əməliyyatında əcnəbi vətəndaşlığı olan 70 terrorist darmadağın edilmişdir.

Suriya Milli Ordusu iki gün öncə bu ölkənin Homs əyalətinin Əl Vair bölgəsində təhlükəsizlik qüvvələri ilə birgə olaraq təşkil etdiyi əməliyyatda yerli terrorist ünsürlər ilə yanaşı əcnəbi vətəndaşlığı olan 70 terroristi də öldürülüb.

Ərəb Press xəbər saytının bildirdiyinə görə, Suriya Milli Ordusunun apardığı təmizlik əməliyyatının əsas səbəbi məhz  bölgədə xarici ünsürlərin səyləri nəticəsində adam qaçırma və terror aktlarının həyata keçirilməsi kimi hərəkətlərin artmasıdır.

Həmin xəbərə əsasən, terrorçular əl Vair bölgəsində əhalinin evlərini zorla işğal edib oraları öz terror aktlarını həyata keçirtmək üçün mərkəzi qərərgahlara çevirirlər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır