21 oktyabr 2012 - 20:30

Tehran 11-13 Noyabr tarixləri arasında EKO ölkələri ICT nazirlərinə ev sahibliyi edəcək.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən EKO ölkələri ICT nazirlərinin ilk zirvəsi və yenə də EKO ölkələri telekommunikasiya başçılarının 14-cü zirvə görüşü noyabr ayında Tehranda reallaşacaqdır.

İran İslam Respublikası ICT Nazirliyinin ev sahibliyi etdiyi zirvə 11 Noyabr Bazar günü başlayaraq və 13 Noyabr Çərşənbə axşamı günü sona çatacağı gözlənilir.

Zirvədə EKO nazirlərinin üzv ölkələri arasındakı əməkdaşlığın daha da inkişaf etdirilməsinin müzakirə edilməsi istisna olunmur.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır