20 oktyabr 2012 - 20:30

Qədim dövrdən müasir dövrədək” elmi əsəri Tehranda fars dilində təkrar nəşr olunub

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Tarixçi alim Pərviz Zare Şahmirzənin “Qarabağnamə: qədim dövrdən müasir dövrədək” elmi əsəri Tehranda fars dilində təkrar nəşr olunub.

Mühüm tarixi faktlar və arxiv sənədləri əsasında yazılmış 625 səhifəlik kitabda Azərbaycan Respublikasının Qarabağ bölgəsinin tarixi, müasirliyi, reallıqları, qədim mədəniyyəti, el adətləri və s. məsələlərdən bəhs olunur. Dağlıq Qarabağ və ona bitişik ərazilərin təcavüzkar Ermənistan tərəfindən zəbt olunması və bu gün də işğalda saxlanılmasının siyasi səbəb və məqsədlərini təhlil edən müəllif yazır ki, ermənilərin bu bölgəyə köçürülməsinin əsasını böyük dövlətlərin regiondakı səngiməyən maraqları təşkil edib.

Həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan tərəfinin səy göstərdiyi sülh yolu ilə həll olunmasına mane olan əsas amil Ermənistanın təcavüzkar siyasətindən əl çəkməməsi və bölgədə toqquşan siyasi maraqlardır.

Kitabda Qarabağ bölgəsində doğulmuş azərbaycanlı tarixi şəxsiyyətlərin, Azərbaycan ordusunun hərbçilərinin, buradakı qədim mədəniyyət abidələrinin və s. fotoşəkilləri də yer alıb.

Əsərin yazılmasında beş yüzdən çox tarixi mənbədən və rəsmi sənəddən istifadə olunub. Kitabdakı bütün məqamlar Dağlıq Qarabağın tarixi Azərbaycan torpağı olduğunu təsdiq edir və tədqiqatçılar üçün mühüm mənbədir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır