19 oktyabr 2012 - 20:30

Qeyd edək ki, qabaqdan sərt qış ayları gəldiyi üçün qərb rəsmiləri İran İslam Respublikasından Neft və Qaz idxalının xahişi üçün gəlirlər.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən 2012-ci il oktyabr ayının axırlarında Avropa parlamentinin nümayəndə bir heyəti İran İslam Respublikasına səfər edəcək.

Frans Pressin məlumatına görə, Avropa Parlamentinin məsul rəsmilərindən biri cümə axşamı günü (18 oktyabr) verdiyi müsahibəsində qeyd edib: Oktyabrın 27-də sözü gedən nümayəndə heyəti İran İslam Respublikasının rəsmiləri ilə müzakirə və fikir mübadiləsi aparmaq məqsədilə Tehrana gələcək.

Onun sözlərinə görə, Avropa parlamentinin başçıları 2012-ci ilin iyul ayında bu nümayəndə heyətinin İran İslam Respublikasına səfəri barədə razılığa gəlmişdirlər ki, cümə axşamı günü (18 oktyabr) Avropa Parlamentinin müxtəlif siyasi qruplarının sədrləri arasında aparılan səsvermənin ardınca bu nümayəndə heyətinin Tehrana səfəri qətiləşib.

Avropa Parlamentinin başçılarının İİR-nın məsul rəsmiləri ilə danışıq aparmaqla maraqlanması elə bir haldadır ki, son vaxtlar AB xarici işlər nazirləri Lüksemburqda bir araya gəlib və İranın sülhməramlı nüvə fəaliyyətlərinin davam etməsini bəhanə edərək bu ölkəyə qarşı müxtəlif yeni sanksiyalar tətbiq ediblər.

P.S. Qeyd edək ki, qabaqdan sərt qış ayları gəldiyi üçün qərb rəsmiləri İran İslam Respublikasından Neft və Qaz idxalının xahişi üçün gəlirlər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır