18 oktyabr 2012 - 20:30

İran İslam Respublikasının elektrik istehsalı bu ilin əvvəlindən bəri keçən ilin eyni dövrünə nisbətən % 6.52 artım qeyd edilib

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Avropa Birliyinin İslam Ölkəsinə qarşı tətbiq etdiyi sanksiyaların bir daha içi boş olmağı hammıya bəlli oldu. Belə ki, İran İslam Respublikasının elektrik istehsalında bu ilin əvvəlindən bəri keçən ilin eyni dövrünə nisbətən % 6.52 artım qeyd edildiyi və 157 min 825 gigavata çatdığı bildirilib.

Bu da öz növbəsindət İran İslam Respublikasının elektrik ixracatında da bu ilin əvvəlindən bəri keçən ilin eyni dövrünə nisbətən % 45 artımın yaşanması deəkdir.

Bildirək ki, İran İslam Respublikası Türkiyə, Pakistan, Azərbaycan Respublikası, Ermənistan və digər bəzi qonşu ölkələrlə elektrik alış-verişi həyata keçirir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır