Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Sabah Bakı Ağır Cinayətlər üzrə ƏDALƏTSİZ məhkəmənin barəsində NAHAQQ yerə 11 il həbs cəzası verdiyi Mübariz Ruhani Hacı Abgül Süleymanovun Apellyasiya məhkəməsi keçirilməlidir. Açıq məhkəmə iclası saat 11:00-a təyin edilib.
Lakin Hacı Abgül Süleymanovun vəkili Rüstəm Zülfüqarov bildirib ki, Apellyasiya məhkəməsinin ilkin iclasından şikayət ərizəsi hazırlayıb. Bu səbəbdən də çox ehtimal məhkəmə iclası təxirə salınacaq. Ancaq Abgül Süleymanovun Apellyasiya məhkəməsinə gətiriləcəyi gözlənilir.
Xatırladaq ki, Ruhani Hacı Abgül Süleymanov Cinayət Məcəlləsinin 283.2.1, 233, 235.4.3, 228.1-ci maddələri ilə ŞƏRRLƏNMİŞDİR. Bakı Ağır Cinayətlər üzrə ƏDALƏTSİZ məhkəməsi Ruhaninin sübuta yetirilməmiş cinayətlərə görə 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası vermişdir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır