15 oktyabr 2012 - 17:56

Doqquzuncu İmamın adı Məhəmməd (əleyhis səlam), künyəsi Əbu Cəfər (əleyhis səlam), ləqəbi Təqi və Cavad (əleyhis səlam) olmuş, hicrətin yüz doxsan beşinci ilində, 818-ci miladi ilində Mədinə şəhərində dünyaya göz açmış və 835-ci miladi ilində şəhadətə çatmışdır. İmam Cavad (ə) şəhid olarkən mübarək ömründən cəmi iyirmi beş il və bir neçə ay keçmişdi.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bu gecə hüzünlə dolu gecələrdən biridir. Bu gecə Bəşər və Cin tafalarının doqquzuncu İmamı, İmam Muhəmməd Təqinin (əleyhis səlam) şəhadət gecəsidir.

Biz ABNA olaraq bu qəmli hüznə qoşularaq ilk öncə Zamanın Sahibi İmam Məhdi həzrətlərinə (Allah onun zühurunu tezləşdirsin), o həzrətin haqq naibi İmam Xameneyi cənablarına və ümum dünya müsəlmanlarına baş sağlığı verir və təsliyyət deyirik.

İmam Məhəmməd Təqinin (əleyhis səlam) həyatı barədə qısa məlumat almaq istəyənlər aşağıdakı linklərə tıklaya bilərlər:

ABNA İmam Cavadın şəhadət ilə təsliyyət verir

ABNA İmam Cavad barəsində sil-siləvari qısa anlayış verir

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır