14 oktyabr 2012 - 20:30

Bu il nəzərə alınmaqla yaxın 5 il ərzində hökumət neft sektorunda geriləmənin davam edəcəyini proqnozlaşdırır

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Azərbaycanda 2016-cı ildə ÜDM-in həcminin 66 543,5 mln. manat, iqtisadi artım tempinin isə 4,5% təşkil edəcəyi gözlənilir.

Bu göstəricilər hökumətin növbəti 4 il üçün hazırladığı proqnozlarda əksini tapıb.

Eyni zamanda, 2016-cı ildə qeyri-neft ÜDM-in həcmi 46 964,1 mln. manata bərabər olacaq. Beləliklə, 2016-cı ildə qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 70,6%-ə çatacaq ki, bu da gələcək illər üçün rekord göstəricidir. Qeyri-neft ÜDM-in artımı isə 2016-cı ildə 6,6% təşkil edəcək:

2012-ci il 

2013-cü il 

2014-cü il 

2015-ci il 

2016-cı il 

ÜDM 

51 379,3

56 066,2

57 622,6

62 028,7

66 543,5

ÜDM-in artımı 

2,2%

5,3%

7,0%

4,5%

4,5%

Neft ÜDM-i 

22 287,0

21 660,6

19 412,9

19 481,2

19 579,4

Neft ÜDM-in artımı 

-4,5%

-2,9%

-5,9%