Harun Məkkəyə gəlmişdi. Ətrafındakılara dedi ki, bu şəhərin məsul nümayəndəsini çağırın gəlsin, mənimlə görüşsün. Məkkənin ağsaqqallarının bir çoxu onunla görüşməyə gəlirlər. Harun onlara dedi: “Sizin şəhərinizdə nə çatışmır?” Qocalar dedi: “Bir yaxşı qaziyə ehtiyacımız var ki, mübahisələrimizə baxsın”. Harun dedi: “Özünüzün tanıdığı kimsə vardırmı? Gətirin, mən də hökm verim”. Dedilər: “İki nəfəri tanıyırıq”. Dedi: “Çağırın gəlsinlər”.
Harun öz köməkçisinə deyir: “Gəl biz səninlə bir zərgərlik mübahisəsi edək və bu ikisini tək-tək çağırıb, fikirlərini öyrənək. Görək hansı daha yaxşı qazilik edə bilər”.
Bu ikisindən biri qoca idi və onu birinci çağırırlar. Kişi gəlir və Harun ona deyir: “Mən öz köməkçimlə dava etmişəm. Sənə danışacağam. Mənimlə onun arasında qəzavət et”.
Qoca dedi: “Danışın” və sonra da Harunun xeyrinə hökm çıxarır.
Harun dedi: “Çıx bayıra”. Sonra cavan olanını çağırırlar. Harun ona da bu davanı danışır və hökm verməsini istəyir.
Cavan deyir: “Mən hökm verə bilmərəm”.
Harun deyir: “Niyə?”
Cavan deyir: “Çünki sizin əyninizdə alihəzrət geyimi vardır. Hər ikiniz onu çıxarıb adi paltar geyinin. Ondan sonra hökm verə bilərəm”.
Hər ikisi adi paltar geyindi və bir-birinin yanında əyləşdi.
Cavan dedi: “İndi davanızın mövzusunu danışın.” Sonra Haruna dedi: “Sən zalım bir insansan və bu Allahın bəndəsi isə zülm görmüşdür”.
Harun dedi: “Çıx bayıra”.
Harun öz köməkçisinə deyir ki, bu cavanı Bağdada aparın və ali məhkəmənin qazisi təyin edin. O, çox ağıllı və zirək bir mömindir.
Cavana deyir: “Get yükünü topla və sabah bizimlə Bağdada gəlirsən”.
Cavan dedi: “Niyə Bağdad?” Dedi: “Sən ali məhkəmədə faydalı olarsan”.
Cavan dedi: “Gəlmirəm. Çünki bu məmləkətin hakimi zalım və dinsiz bir insandır. Ali məhkəmədən öz xeyri üçün istifadə etmək istəyir. Harun olana qədər müstəqil olmayacaqdır. Bilirəm ki, əgər bu işi qəbul etsəm, zalımı ifşa etməyəcəyəm, bəlkə özüm də bu ağacın bir zalım budağına çevriləcəyəm. Ona görə də yox deyirəm”.
Harun dedi: “Gərək istəyəsən. Deyəcəyəm səni Bağdada gətirsinlər”.
Cavan dedi: “De, gətirsinlər”.
Harun bir əmr yazır ki, bu şəxs ali məhkəmənin qazisidir və sonra ona öz möhrünü vurur, həmin kağızı cavana verir.
Cavan kağızı alır və cibinə qoyur. Harun bir nəfəri gizlincə onu təqib etmək üçün dalınca göndərir. Görür ki, cavan Fərat çayının kənarına gəlir və bu kağızı parça-parça edib, suya atır. Sonra deyir: “Bu kağızda Harunun xətti vardır, nəcisdir. Ey balıqlar! Əgər yesəniz Qiyamət günü İlahi əzaba düçar olarsınız. Qoyun su bu nəcis kağızı aparsın”.
Sabahısı günü iş başına getmir və Harun deyir: “Onu gətirin”. Gedib, görürlər ki, cavan gecə yarısı vəfat etmişdir.
Quran buyurur ki, Şeytan qiyamət günü heç bir insanın günahını boynuna almayacaqdır. Allah da bunu qəbul edəcəkdir. Şeytan deyəcəkdir ki, “bunun mənə aidiyyəti yoxdur. Mən sadəcə onları vəsvəsə etmişəm”.
İnsan bunları qəbul etməyə də bilərdi.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır