5 oktyabr 2012 - 20:30

İslam Respublikası Prezidentinin birinci müavini Məhəmməd Rza Rəhimi: “İslam düşmənləri Türkiyə və Suriya arasında qarşıdurmanın yaşanmasını istəyir...”

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikası Prezidentinin Birinci Müavini Məhəmməd Rza Rəhimi, Ankaradakı səfərindən sonra NTV-yə açıqlama verib.

Cənab Rəhimi, Suriya probleminin hərbi yolla həll edilməsini qeyri mümkün sayaraq deyib: 'Dünyanın heç bir yerində döyüşərək, qarşıdurma yaratmaqla işin həllinə çata bilməzsiniz Baxın, iki filin döyüşündə yox olan, onların ayaqlarının altındakı çəmənlərdir. Hərbi münaqişələr zamanı da, yerə qan tökülür...”

Prezidentinin Birinci Müavini daha sonra deyib: “Biz, sülh yolu ilə, Suriyadakı bütün problemləri həll edə biləcəyimizi düşünürük. Bir-birimizə qarşı silah çəkməmizə ehtiyac yoxdur..”

Məhəmməd Rza Rəhimi, Suriya mövzusunda, İİR və Türkiyə arasında təməlli görüş fərqliliyinin olmadığını bildirərək hər iki ölkənin də bölgə üçün təhlükəsizlik, sabitlik və inkişaf istədiyini qeyd edib.

Akçakale-yə top mərmisinin düşməsini də açıqlayan Rəhimi, yanlış anlamalara gətirib çıxaracaq addım atmaqdan geri çəkilməsinin düzgün olduğunu bildirib.

Müharibənin Müsəlmanların zərərinə olduğunu bildərən İslam Respublikası Prezidentinin birinci müavini deyib: 'Türk xalqına başsağlığı diləmək istəyirəm. Suriya hökumətinin üzr istədiyini eşitdim. Bu hadisədə xüsusi ilə Türk rəsmilərini və Türk hökumətini etidallı, sağlamfikirli davranışa dəvət edirik. İslam düşmənləri Türkiyə və Suriya arasında qarşıdurmanın yaşanmasını istəyir. Ancaq bu, hamımızın zərərinədir...'

Cənab Rəhimi, Suriya probleminin həlli üçün Türkiyə, İİR, Misir və Səudiyyə Ərəbistanı tərəfindən yaradılan dördlü mexanizmə İraq və Bitərəf qrupu adından Venesuelanın qatılmasını təklif etdiklərini açıqlayıb.

İran İslam Respublikasının Prezidenti birinci müavini, Ankara-Bağdad münasibətlərində də yaşanan böhranın həlli üçün mühüm rol oynaya biləcəyini təklif edib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır