Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Türkiyənin ana müxalifət Cümhuriyyət Xalq partiyasının lideri Kamal Kılıçdaroğlu açıqlayıb: “Baş naziri Rəcəb Tayyib Ərdoğanın həmsöhbəti Öcalandır”.
Kılıçdaroğlu Baş nazir Rəcəb Tayyib Ərdoğanın “İmralı ilə əlaqədar danışıqlar yenə başlaya bilər” sözlərini tənqid edib:
'Əgər baş nazir çıxıb ictimaiyyət önünə “Öcalanla müzakirə aparılmalıdır” deyə bəyanat verirsə, artıq onun həmsöhbəti Öcalandır. Mən bunu qəbul etmirəm. Heç kim inciməsin. Siz öz həmsöhbətinizi müəyyən edirsiniz. Siz “Çiynində silah olan mənim həmsöhbətimdir, amma məclisdə millət vəkili olan mənim həmsöhbətim ola bilməz” deyirsiniz. Ziddiyyətə baxın. Silahı olmayanın toxunulmazlığını ləğv edəcəksən, cəzalandıracaqsan, müzakirə aparmayacaqsan, ancaq silahlıya deyirsən ki, “gəl otur qarşıma, biz səninlə oturub danışacağıq”. Biz bunu qəbul etmərik".
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır