Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Kanadada Heydər Əliyev və Mehriban Əliyevanın büstləri götürülüb.
Kanada rəsmilərinin bu addımı atmasına ordakı Azərbaycan müxalifətçilərinin apardığı kampaniya səbəb olub.
Bu ilin martından onlar büstlərin qoyulduğu Niagara on the Lake şəhərinin meriyasına və məsul təşkilatlarına müraciət yollamışdılar.
Həmin müraciətin mətnində göstərilirdi: “Bu gün bütün dünya diktatorlara qarşı mübarizə aparır. Belə bir vaxtda Kanadada Əliyev kimi bir diktatorun büstünün qoyulması Kanadanın imicinə böyük zərbədir. Səddam, Mübarək, Bin Əli, Qəzzafi kimdirsə, Əliyev də onlardan fərqli deyil. Ona görə də biz IP Kanada Təmsilçiliyinin çoxlu sayda üzvləri və Kanadada yaşayan yüzlərlə azərbaycanlı adından xahiş edirik ki, diktator Heydər Əliyev və onun gəlini Mehriban Əliyevanın büstləri götürülçsün və Azərbaycan iqtidarına qaytarılsın”.
Büstün götürülməsi ilə bağlı meriyanın Həsən Səftərova göndərilən rəsmi məktubdan bildirilir ki, büstlər şəhərin ərazisindən götürülüb. Heç biri şəhərin ərazisində deyil. Əgər Kanada hökuməti ilə Azərbaycan səfirliyi razılığa gələrlərsə, o zaman Heydər Əliyevin heykəli yenidən qoyula bilər.
Xatırladaq ki, əliyevlərin büstü keçən ilin sentyabrında qoyulmuşdu.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır